Azərbaycanda bu universitetdə Operativ qərargah yaradılıb - VİDEO

Bakı Slavyan Universitetində (BSU) payız imtahan sessiyasi ilə bağlı "Açıq qapı" günü keçirilib. Tədbirə ölkənin təhsil ekspertləri, QHT təmsilçiləri, jurnalistlər və ictimaiyyətin nümayəndələri qatılıblar. BSU-nun rektoru Nurlana Əliyeva bildirib ki, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, daxil olan şikayətlərin qısa zamanda araşdırılıb müvafiq qərarların qəbul edilməsi üçün Operativ qərargah və Münaqişə komissiyası yaradılıb. Bundan başqa, BSU-da tələbələ və valideynləri üçün imtahan qərargahı ilə canlı bağlantı imkanı yaradılıb. İmtahanları universitetin saytından onlayn izləmək də mümkündür.

Elvin Əliyev

bsu

DİGƏR XƏBƏRLƏR

Top