Xamenei: Xalqın qanuni tələbləri ilə dağıdıcılıq fəaliyyətini ayırmaq lazımdır

Xalq öz etirazını dinc şəkildə bildirmək hüququna malikdir, lakin bu aksiyaları zorakı fəaliyyətlə səhv salmaq olmaz.

Bunu İranın 2-ci ali rəhbəri ayətullah Seyid Əli Xamenei ötən ilin dekabr ayının 28-dən İranda qiymət artımına etiraz əlaməti olaraq baş qaldıran və qanlı olaylarla müşayiət olan hadisələrlə bağlı mövqeyini açıqlayarkən deyib.

O bildirib ki, İranda baş vermiş hadisələrin təhlili göstərir ki, xalqın qanuni tələbləri ilə dağıdıcılıq fəaliyyətini ayırmaq lazımdır.

“Əgər kimisə hüquqlardan məhrum edirlərsə və istər 100 nəfər, istərsə 500 nəfər - bir qrup etirazçı toplanırsa, bu, başqa məsələ. Amma əgər toplananlar İslamı, “Quran”ı, bayrağı təhqir edirsə, yanğın törədirsə, bu, qəbulolunmazdır”, – deyə o, sonra vurğulayıb. Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top