Polşanın bir neçə naziri istefaya göndərildi

Polşa Prezidenti Andjey Duda politoloq, sosial elmlər doktoru Yatsek Çaputoviçi xarici işlər naziri təyin edib.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, daha əvvəl bu vəzifəni Vitold Vaşikovski tutub. Bundan başqa, A. Duda ölkənin yeni maliyyə nazirini təyin edib. Bu vəzifəyə Tereza Çervinskaya gətirilib. O, Mateuş Moravetskini əvəzləyəcək. Daha əvvəl daxili işlər naziri işləmiş Mariuş Blaşak isə Polşanın yeni müdafiə naziri olub. Buna qədər bu vəzifəni Antoniy Maçereviç tutub. M. Moravetskinin yerinə isə Yoahim Brudzinski təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top