"Ərəb baharı"nın başladığı ölkədə xalq yenidən ayağa qalxdı

Yeddi il əvvəl "ərəb baharı"nın başladığı Tunisdə xalq yenidən küçəyə çıxıb.

"Yeniavaz.com"un "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, ölkənin azı 10 şəhərində nümayişlər keçirilir. Nümayişçilər qiymət artımına və verginin yüksəldilməsinə etiraz edirlər. Polis etirazçıları gözyaşardıcı qazla dağıtmağa çalışıb. Polislə toqquşma nəticəsində nümayişçilər arasında 55 yaşlı kişi ölüb. İqtisadi böhran yaşayan Tunisin bəzi şəhərlərində talanın başladığı bildirilir. Tunisin Baş naziri Yusif Şahid vəziyyətin fövqəl olduğunu deyib və xalqı ölkənin çətinlik çəkməsini anlayışla qarşılamağa çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top