
Rusiyanın "AvtoVaz" avtomobil istehsalçısı bütün "Lada" modellərinin qiymətini yanvarın 1-dən qaldırıb.
"Yeniavaz.com"un "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, bunu avtomobil istehsalçısının mətbuat xidmətindən deyiblər.
Bildirilir ki, orta çəkili qiymət artımı 2,5 faiz təşkil edib və bütün modellərə şamil olunub.
"AvtoVaz" tələbatın azalmasını proqnozlaşdırmır, belə ki, bütün istehsalçılar yeni il istehsalı olan avtomobillərin qiymətini ənənəvi olaraq artırırlar.
Tətbiqimizi yükləyə bilərsiniz