
Hər bir müsəlman Suriyada terrorçuların dağıdılmasına gorə Rusiyaya minnətdar olmalıdır.
"Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İnquşetiyanın başçısı Yunusbek Yevkurov deyib. Onun sözlərinə görə, Rusiya sayəsində din təmizə çıxarıldı: "Bir müsəlman kimi demək istəyirəm ki, Rusiya Silahlı Qüvvələri, Suriya rəhbərliyinin qəti mövqeyi və Suriya ordusu sayəsində din təmizləndi. Çünki terrorçular bütün cinayətlərini din adı və İslam bayrağı altında törədiblər. Onlar hətta təhqiramiz "İslam dövləti" yaratdılar. Onlar həqq-təalanın adı ilə öldürürdülər, kəsirdilər, məscidləri və kilsələri partladırdılar, bunların hamısı Quranla birbaşa qadağan olunub. Şübhəsiz ki, dünyada hər müsəlman Rusiyaya minnətdar olmalıdır ki, biz bu şər üzərində qələbə qazandıq". Qeyd edək ki, 2011-ci ilin martından bəri Suriyada davam silahlı münaqişə nəticəsində 220 mindən çox adam ölüb.
Tətbiqimizi yükləyə bilərsiniz