İntihar edən gənc şair 19 gün əvvəl universitetdən xaric edilibmiş - RƏSMİ

Ötən gün özünü dənizə ataraq intihar edən gənc şair Məlik Canangirov təhsil haqqını vaxtında ödəmədiyinə görə oxuduğu universitetdən qovulmaq təhlükəsi yaşadığı üçün belə addım atdığına dair iddialar var. Məlik Cahangirovun bibisi oğlu Xəyal Kərimov mediaya açıqlamasında bu haqda danışıb.

Onun sözlərinə görə, Məlik valideynlərinin təhsil haqqı üçün ona verdiyi 600 manatı xərcləyib: "Bu səbəbdən təhsil haqqını ödəyə bilməyib. İlkin versiya kimi intihara bu səbəb ola bilər. Pulun nəyə xərcləndiyi bəlli deyil”.

Azərbaycan Dövlət Pedoqoji Universitetinin mətbuat xidmətinin katibi Mansur İbrahimli bildirib ki, dünən müxtəlif internet media resurslarında özünü dənizə ataraq intihar etmiş 23 yaşlı Məlik Nizaməddin oğlu Cahangirovla bağlı məlumat yayılıb. Həmin məlumatda Məlik Cahangirovun Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbəsi olduğu qeyd edilir: “Bununla əlaqədar olaraq bildiririk ki, 1995-ci il təvəllüdlü Məlik Cahangirov 2013-2014-cü tədris ilində ADPU-nun Tarix və coğrafiya fakültəsinin “Coğrafiya müəllimliyi” ixtisasına qəbul edilib. 2016-2017- ci tədris ilində IV tədris ilinin 401-ci qrupunun tələbəsi olub. 2 fənnən akademik borcu olduğuna görə 22 dekabr 2017-ci il tarixli 2/223 saylı əmrlə ADPU-dan xaric edilib. Qeyd etməyi məqsədəuyğun sayırıq ki, Məlik Cahangirovun ötən ilin sentyabr ayından bu yana ADPU ilə heç bir əlaqəsi olmayıb. Biz bu faciəli hadisədən dərin kədər hissi keçirdiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına Allahdan səbir diləyirik! Allah rəhmət etsin!”. Cebhe.info

DİGƏR XƏBƏRLƏR

Top