Həkimi şantaj edib 5 min alana 7 il cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili çıxış edib. O, bildirib ki, zərərçəkmiş şəxslə barışıq əldə edilib. Vəkil ona şərti cəza verilməsini xahiş edib. Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən, E. İbrahimov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. İttihama görə, Elnur İbrahimov paytaxtda fəaliyyət göstərən klinikalarının birində həkimi şantaj edib və ondan 5 min manat pul alıb. Zərərçəkmiş şəxsin şikayəti əsasında araşdırma başlanılıb. İstintaq və məhkəmə dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.APA

DİGƏR XƏBƏRLƏR

Top