Misirdə prezident seçkilərinin tarixi bilindi

Misirdə prezident seçkilərinin ilk turu martın 26-28-də keçiriləcək. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Misirin Milli Seçki Komissiyasının sədri İbrahim Məhəmməd Süleyman deyib. Onun sözlərinə görə, əgər namizədlərdən heç biri birinci turda mütləq səs çoxluğu toplaya bilməsə, aprelin 24-26-da ikinci tur keçiriləcək. Qeyd edək ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisi seçkilərdə iştirak edib-etməyəcəyini hələ açıqlamayıb.

DİGƏR XƏBƏRLƏR

Top