
Türkiyədə tətbiq edilmiş fövqəladə vəziyyətin müddəti bir daha uzadılacaq. “Yeniavaz.com”un NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra deyib. Onun sözlərinə görə, qarşıdakı günlər ərzində Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək: “İclasda fövqəladə vəziyyət rejiminin bir daha uzadılması məsələsinə baxılacaq”.
Tətbiqimizi yükləyə bilərsiniz