Rusiyada iki erməni güllələndi

Rusiyanın Krasnodar diyarının Ladojskaya stansiyasında yerləşən “Oqonyok” kafesində avtomatla silahlanmış şəxs atəş açıb. “Yeniavaz.com”un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, atəş nəticəsində yerli erməni icmasının iki nümayəndəsi Roman Sirakosyan və Artyom Mirzoyan öldürülüb. Öldürülənlər arasında diyarın qaraçı icmasının üzvü Nikolay Kuzmenko da var. Üç kişinin öldürülməsində şübhəli bilinən şəxs isti izlərlə tapılıb. Bu, Aleksandrovsk kazak xutorunun atamanı 33 yaşlı Aleksandr Sitaviçusdur.

DİGƏR XƏBƏRLƏR

Top