Ən böyük yeni ədəd kəşf edildi

“Great Internet Mersenne Prime Search” (GIMPS) layihəsinin iştirakçıları yeni ən böyük sadə ədəd tapdıqlarını elan ediblər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, ədəd 23249425 işarədən ibarətdir. Onu əyani şəkildə göstərmək çətindir, buna görədə yeni ədədə M77232917 nişanı verilib. Bu, GIMPS iştirakçılarının aşkar etdiyi sayca 14-cü sadə ədəddir. Kəşfi ABŞ-ın Tennesi ştatının sakini Conatan Peys edib, sonradan digər iştirakçılar da onu öz kompüterlərində yoxlayıblar. Sadə ədəd 1-ə və özünə bölünür. Ədədin ardıcıllığı belədir: 2,3,5,7, 11, 13, 17, 19, 23 və s.

DİGƏR XƏBƏRLƏR

Top