Nyu-Yorkda “Trump-tower” göydələninin damında yanğın baş verib.
“Yeniavaz.com”un “Gazeta.ru” internet nəşrinə istinadən verdiyi məlumata görə, sıx ağ tüstü binanın damından ətrfa yayılıb. Lakin bilavasitə yanğın müşahidə olunmur. Alışmaya səbəb kimi elektrik naqillərində qısa qapanma göstərilir. Yanğın söndürənlər hadisə yerində işləyirlər. İnsident nəticəsində xəsarət alan yoxdur. ABŞ Prezidenti Donald Tramp yanğın zamanı binada olmayıb.
Tətbiqimizi yükləyə bilərsiniz