
Rusiya Maliyyə Nazirliyi ilk dəfə olaraq federal dövlət orqanları işçilərinin orta əmək haqları haqqında məlumat verib. “Yeniavaz.com”un “Gazeta.ru” internet nəşrinə istinadən verdiyi məlumata görə, ən çox maaş alanlar iqtisadi qurumların rəhbərləridir. Ən çox əmək haqqı maliyyə naziri Anton Siluanov alır. O, ayda 1,7 milyon rubl maaş alır. İkinci yerdə 1,27 milyon rublla İqtisadi İnkişaf Nazirliyinin rəhbəri qərarlaşıb. Energetika naziri isə 1,16 milyon rubl məvacib alır.
Tətbiqimizi yükləyə bilərsiniz