Ermənistan itkilərini etiraf etdi: 1 ölü, 2 yaralı

Ermənistan ordusu ötən gün verdiyi itkilərin sayını açıqlayıb. Ermənistan KİV-i xəbər verir ki, cəbhənin şimal-şərq istiqamətində baş verən atışma zamanı Vaçe Çilingəryan ölüb, baş leytenant E.Musinyan və müddətdən artıq xidmət edən (MAXE) hərbçi - sürücü D.Vanyan isə yaralanıblar. Onların vəziyyətinin stabil olduğu bildirilir. Ermənistan ordusunun Baş qərargah rəisi Movses Akopyan da cəbhədə itki verilməsini təsdiqləyib.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top