Ağstafada sahibsiz itlər fərdi təsərrüfata hücum edib

Ağstafa rayonunda sahibsiz itlər heyvanlara hücum edib. Hadisə Qıraq Kəsəmən kəndində baş verib. Quduzlaşmış itlər Turan Yaqubəliyevə məxsus təsərrüfata girərək iki baş xırdabuynuzlu heyvanı parçalayıb, birinə isə xəsarət yetirib. Səhər saatlarında heyvanları həyətyanı sahəyə buraxan təsərrüfat sahibi bu mənzərə ilə qarşılaşıb. Təsərrüfat sahibi bildirib ki, kənddə son vaxtlar sahibsiz itlərin sayı artıb.APA

DİGƏR XƏBƏRLƏR

Top