
Milliyətçi Hərəkat Partiyası (MHP) 2019-cu il noyabrın 3-də keçirilməsi planlaşdırılan Türlkiyə prezidenti seçkilərində namizəd irəli sürməyəcək.
“Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu MHP-nin sədri Devlet Bahçeli deyib. Onun sözlərinə görə, MHP-nin prezidentliyə namizədi yoxdur:
“Yoldaşlar mənim fikrim həmişə Türkiyənin yanındadır. Partiya sədri namizəd olmayacaq. MHP ya ittifaq şəklində, ya da təkbaşına parlament seçkilərində iştirak edəcək. Prezident seçkilərində isə Yeniqapı ruhu ilə hərəkət edərək Rəcəb Tayyib Ərdoğanı dəstəkləmək qərarı alacaq. Məsələ bu qədər konkretdir”.
Tətbiqimizi yükləyə bilərsiniz