Fiziki qüsurlu uşaq müqəddəsləşdirilib - FOTOLAR + VİDEO

Hindistanda dünyaya gələn Pranşu adlı uşaq müqəddəs sayılır. Bu Hindistanda indi də inanılan reinkarnasiya inancı ilə bağlıdır.

“Yeniavaz.com” xarici KİV-ə istinadən xəbər verir ki, olduqca böyük başlı, geniş alınlı, qıyıq gözlü və fiziki qüsurlu bu uşaq insanlar tərəfindən müqəddəsləşdirilib.

Xalq fiziki qüsurlu uşağı Hindu Tanrısı olan fil üzlü, insan bədənli Qaneşanın reinkarnasiyası olduğuna inanıb dua və ibadət üçün ziyarət edir.

Qeyd edək ki, Karma prinsipinə əsaslanan reinkarnasiya ruhun bir bədəndən başqa bir bədənə kеçməsidir. Bеlə bir inanc ölümdən sonra yaşamaq, ruhun bədəndən ayrılması fikrinə dayanır. Hind fikrinin təməlini təşkil еdən reinkarnasiya inancı yunanlılarda, Qədim Misirdə, Manihеizmdə rast gəlinən bir düşüncədir.

VİDEO

DİGƏR XƏBƏRLƏR

Top