Mingəçevirdə yanğın hadisəsi qeydə alınıb. "Yeniavaz.com" xəbər verir ki, yanğın şəhərin Günəş küçəsi, ev 16 ünvanında Qurbanova Adilə İnayət qızına aid ümumi sahəsi 170 kv m. olan birmərtəbəli yaşayış evində baş verib. Mingəçevir şəhərində ümumi sahəsi 170 m2 olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 80 m2 sahədə yanıb. Evin 90 kv m. sahəsi yanğından mühafizə edilib. Qonşu tikililərin yanğından mühafizəsi təmin olunub.
Esmira Hidayətova, Mingəçevir