Mobil operatordan narazılıq: "Nömrəni naviqasiyaya qoşub, balansdan hər gün 2 manat çıxırlar"

Mobil operatorlardan şikayətlər bitmək bilmir. Bu dəfə tanınmış ictimai xadim, uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi işləmiş Rəbiyyə Zərdabi "Bakcell" mobil operatorundan narazılığını bildirib. Rəbiyyə Zərdabi "Yeniavaz.com" saytına açıqlamasında narazılığının səbəbini belə izah edib: "Mən də "Bakcell" şirkətini qanuni oğru adlandırıram. Balansımdakı 26 manat iki günün içində yoxa cıxıb. Zəng vururam, başa sala bilmirlər. "Bakcell"in müştəri xidmətlərinə də getmişəm bu problemlə bağlı. Aydınlıq gətirə bilmədilər. Verdikləri cavab məni qane eləmir. Naviqasiya xidmətinə qoşublar sizin nömrənizi deyirlər. Qoşulmamışam, qoşulduğum haqqında bir mesaj göstərin deyirəm. Velosipedim də yoxdur, neynirəm noviqatoru. Gündə 2 manat balansımdan çıxırsan... Bildirdilər ki, şirkətlər özü qoşulur o sistemə, biz heç nə edə bilmirik. Deməli, bir terror təşkilatı bunlardan xəbərsiz bizim telefonumuza qoşula və milləti təhdid edə bilər"...

"Haramları olsun o pullar... O balansdakı pulu mənə dostlarım yollayırlar. Dələduzluq baş alıb gedir. Cavab da verə bilmirlər. Nə deyirəm susurlar.. Dələduz deyirəm, susurlar. Çünki sualımın cavabı bu şirkətin bir yetkilisində, bir calışanında yoxdur. İmtina edirəm "Bakcell" şirkətindən və nömrəmi başqa bir şirkətə çevirirəm,-deyə Rəbiyyə Zərdabi vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top