Bakıda avtobus dərəyə aşdı - 30 sərnişin xəsərat alıb FOTOLAR

Bakıda sərnişin avtobusunun dərəyə aşması nəticəsində 30-dan çox insan yaralanıb. Hadisə saat 16:30 radələrində Zığ şossesində baş verib. Hərəkətdə olan 175 saylı marşrut avtobusu yoldan çıxaraq dərəyə aşıb.

Qəza avtobusun sərt döngəyə yüksək sürətlə daxil olması nəticəsində qeydə alınıb. Bu zaman sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə avtobusda olan sərnişinlərin demək olar hamısı xəsarət alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hələlik qəza zamanı ölüm hadisəsinin baş vermədiyi bildirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanıb.

Bakıda avtobus dərəyə aşdı

DİGƏR XƏBƏRLƏR

Top