ABŞ Fələstin qaçqınlarına ayrılan 125 milyon dolları dondurub

ABŞ Administrasiyası BMT-nin Fələstin qaçqınlarına yardım və işlərin təşkili üçün Yaxın Şərq Agentliyinin (UNRWA) maliyyələşdirilməsi üçün nəzərdə tutulan 125 milyon dolları dondurub.

Bu barədə cümə günü diplomatik mənbələrə istinadən "Axios" informasiya portalı məlumat yayıb.

Bildirilir ki, bu məbləğ ABŞ-ın UNRWA-ya köçürdüyü illik haqqın üçdə birini təşkil edir. Vaşinqton pulları hələ yanvarın 1-də köçürməli idi. Portalın məlumatına görə, bu vəsait ABŞ Administrasiyası Fələstinə yardım göstərilməsi haqqında məsələnin nəzərdən keçirilməsinin yekunlaşdırmayınca, dondurulacaq.

Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp İsrail ilə sülh danışıqları aparmaq istəməməsi səbəbindən Fələstinə maliyyə yardımını dayandırmağı təklif edib. Report

DİGƏR XƏBƏRLƏR

Top