Qubada Reyhan Camalova ilə görüş keçirilib

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev ABŞ və Hindistanın birgə təşkilatçılığı ilə Hindistanda təşkil olunmuş "Qlobal Sahibkarlıq Sammiti 2017" "Rainergy" layihəsi ilə Azərbaycanı təmsil etmiş Reyhan Rauf qızı Camalovanı bir qrup təhsil işçisi ilə birlikdə qəbul edib, söhbət aparıb və görüşün sonunda R. Camalovaya hədiyyələr təqdim olunub. "Yeniavaz.com" xəbər verir ki, Reyhan Camalova 2017-ci ilin fevral-mart aylarında “İstək” liseylərində "Social Innovation Lab"ın rəsmi təşkilatçılığı ilə keçirilən "ClimateLaunchpad" startap akselerator proqramının təqdimatında iştirak edib və Azərbaycanda ilk dəfə keçirilən "ClimateLaunchpad - startap yaşıl biznes" müsabiqəsinə öz "Rainergy" layihəsi ilə qatılıb. Yağış suyundan enerji istehsalını nəzərdə tutan bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırıb, 22 vatt enerji yaradır.

R. Camalova "Rainergy" layihəsi "ClimateLaunchpad startap" müsabiqəsinin Azərbaycan finalında "Tamaşaçıların ən sevimli startapı" mükafatını qazanıb, eyni zamanda layihə çərçivəsində keçirilən "Yeni fikir" müsabiqəsinin finalında iştirak edib.
Reyhan Camalova 28-30 noyabr 2017-ci il tarixlərdə ABŞ və Hindistanın birgə təşkilatçılığı ilə Hindistanda təşkil olunmuş "Qlobal Sahibkarlıq Sammiti 2017" "Rainergy" layihəsi ilə Azərbaycanı təmsil edib. Tədbirdə ABŞ Prezidentinin baş müşaviri və dövlət başçısının qızı İvanka Tramp Reyhanın fəaliyyətini yüksək qiymətləndirib.

DİGƏR XƏBƏRLƏR

Top