ABŞ-dakı müsəlmanların sayı açıqlandı

ABŞ-da son yeddi il ərzində müsəlmanların sayı 700 min nəfər artaraq 3,45 milyon nəfərə çatıb.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Vaşinqtonda yerləşən Pyu adına Araşdırma Mərkəzinin mütəxəssisləri deyiblər. Onların sözlərinə görə, hazırda İslam dininə etiqad edən amerikalıların sayı ölkə əhalisinin təqribən 1,1 faizini təşkil edir. 2050-ci ilədək ABŞ-da İslam dininin ardıcıllarının sayının 8,1 milyon nəfərə çatacağı gözlənilir. 2040-ci ilədək isə müsəlmanların sayı ölkədəki əsas dini konfessiyaların siyahısında xristianlardan sonra ikinci yerdə qərarlaşan yəhudilərin sayını ötəcək.

DİGƏR XƏBƏRLƏR

Top