
Türkiyənin əfsanəvi kino aktyoru Munir Özkul vəfat edib.
“Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, məşhur aktyor 93 yaşında İstanbuldakı evində dünyasını dəyişib. Sənətçi 2003-cü ildən bəri demensiya xəstəliyindən (ağılın zəifləməsi) əziyyət çəkirdi. Akyor həyatını uzun müddət yataq xəstəsi kimi davam etdirib. M. Özkul “Habamam Sınıfı” filmindəki “Mahmut Hoca” obrazı ilə hamının yaddaşında qalıb.
VİDEO
Tətbiqimizi yükləyə bilərsiniz