Suriyada zədələnmiş Rusiya təyyarələrinin görüntüləri yayıldı FOTOLAR

Rusiyalı jurnalist Roman Saponkov Rusiya Federasiyası Hava-Kosmik Qüvvələrinə məxsus təyyarələrin yerləşdiyi Hmeymim hərbi bazasından (Suriya) bir neçə fotoşəkili dərc edib. Bazanın atəşə tutulması nəticəsində ilk məlumatlara görə 6 Su-24 bombardmançısı, 1 Su-35C qırıcısı, 1 ədəd An-72 nəqliyyat, 1 ədəd An-30 kəşfiyyat təyyarəsi Mi-8 helikopteri zədələnib. Təmirdən sonra 2 Su-24 bombardmançısı və Su-35C qırıcısı yenidən işə salınıb, jurnalist yazır.

Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi yaraqlıların Suriyanın Hmeymim aviabazasında yerləşən Rusiya qüvəvlərini bombardman etməsi barədə xəbəri təkzib etmişdi.

Xatırladaq ki, yanvarın 3-də Rusiyanın “Kommersant” qəzeti Hmeymimdə Rusiyaya məxsus 7 döyüş təyyarəsinin məhv edilməsi barədə xəbər yaymışdı. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top