ABŞ MDB-nin 3 ölkəsini dini azadlığı pozan dövlətlər siyahısına daxil edib

ABŞ dini azadlıq sahəsində 10 ölkəyə qarşı tələblərini təsdiq edib, eləcə də Pakistanı dini azadlığı potensial pozan ölkələr siyahısına daxil edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauertin bəyanatında deyilir. ABŞ-ın zənnincə dini azadlığın pozulduğu ölkələrin siyahısı 1998-ci il tarixli beynəlxalq dini azadlıq haqqında Amerika qanuna uyğun tərtib edilir. H. Nauert bildirib ki, dövlət katibi Reks Tillerson ötən il dekabrın 22-də yenidən Myanma, Çin, İran, Şimali Koreya, Sudan, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkmənistan və Özbəkistanı xüsusi narahatlıq doğuran ölkələr siyahısına salıb: “Dövlət katibi, həmçinin Pakistanı dini azadlığın kobud pozulmasının müşahidə edildiyi xüsusi siyahıya daxil edib”.

DİGƏR XƏBƏRLƏR

Top