
Avropanın istehlak etdiyi qazın ümumi həcminin 40 faizini Rusiyanın “Qazprom” şirkətinin tədarükləri təşkil edir.
“Yeniavaz.com”un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, “Qazprom” Avropa bazarında öz payını qorumaq üçün bu regiona tədarük etdiyi qazın qiymətini azaltmağa məcbur olub.
Belə ki, Avropa İttifaqı ölkələri ABŞ, Qətər və digər qaz ixrac edən ölkələrdən daha çox qaz almağa başlayandan sonra qazın qiymətində azalma baş verib.
Polşa və Litvada maye təbii qazın qəbulu üzrə terminalların yaradılmasına baxmayraq, “Qazprom” ardıcıl iki il qaz ixracı üzrə rekord göstəricilər nümayiş etdirir.
Şirkət 2017-ci ildə qaz hasilatını 12,4 faiz artıraraq 471 milyard kubmetrə çatdırıb.
Bununla belə, Avropaya qaz ixracı 8,1 faiz artaraq 193,6 milyard kubmetrə yüksəlib.
Tətbiqimizi yükləyə bilərsiniz