Qadın marixuananı ədviyyatla səhv saldı - Ailə marixuanadan zəhərləndi

Çexiyanın Vratimov şəhərində yeddi nəfərdən ibarət ailə marixuana qatılmış ördək yedikdən sonra zəhərlənib.

Yeməyi bişirən qadın marixuananı digər ədviyyatla səhv salıb.

Nəticədə ailə üzvləri ürək bulanması və baş ağrısı şikayətləri ilə xəstəxanaya yerləşdirilib.

Ailədə yalnız bir nəfər – marixuanadan tibbi məqsədlərlə istifadə edən şəxs – zəhərlənməyib.

Polis narkotik vasitələrin qanunsuz hazırlanması və saxlanması ilə bağlı cinayət işi başlayıb. Trend

DİGƏR XƏBƏRLƏR

Top