
Rusiya Prezidenti Vladimir Putin Misirin paytaxtı Qahirə ilə müntəzəm hava əlaqəsinin bərpa edilməsi haqqında fərman imzalayıb.
“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Rusiya 2015-ci ilin noyabrında Misirlə hava əlaqəsini dayandırmışdı. Bu, Şarm əş-Şeyxdən Sankt-Peterburqa uçan Rusiya təyyarəsinin Sinay yarımadası üzərində qəzaya uğramasından sonra baş verib. Təyyarənin göyərtəsində olan 217 rusiyalı turist və 7 heyət üzvünün hamısı həlak olmuşdu. Rusiya Federal Təhqiqat Bürosu sonradan insidenti terror aktı kimi təsnif edib. Moskva və Qahirə arasında hava əlaqəsinin fevralın 1-də açılacağı gözlənilir, çarter reyslərinin bərpası üzərində tərəflər hələ danışıqlar aparmalıdır.
Tətbiqimizi yükləyə bilərsiniz