
Türkiyədə kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) Diyarbəkirdən olan millət vəkili İdris Baluken 16 il 8 ay həbs cəzasına məhkum edilib.
“Yeniavaz.com”un İHA-ya istinadən verdiyi məlumata görə, İ. Baluken “Dövlətin birliyini və ölkənin bütövlüyünü pozmaq”, “Terror təşkilatına üzv olmaq” və “Terror təşkilatını təbliğ etmək” cinayətlərində təqsirli bilinib. O, cinayət işlərinin təhqiqatı çərçivəsində həbsdə saxlanılmışdı. İ. Baluken 2017-ci il fevralın 21-də tutulmuşdu.
Tətbiqimizi yükləyə bilərsiniz