.jpg)
"Elmi Araşdırmalar" İctimai Birliyi Türk Dünyası Platforması ilə əməkdaşlıq edəcək. Bu barədə Yeniavaz.com-a məlumat verən İctimai Birliyin sədri Telman Qasımov bildirib ki, 1997-ci ildə "Türk Dünyası Araştırmalar Vakfı"nın rəhbəri Turan Yazqan tərəfindən qurulan Türk Dünyası Platforması Türkiyədə fəaliyyət göstərən 600 QHT-ni öz ətrafında birləşdirir. İctimai Birlik sədri həmçinin qeyd edib ki, Platformaya Türkiyədən başqa dünyanın 119 ölkəsindən 500-ə yaxın QHT daxil olub.
"Elmi Araşdırmalar" İctimai Birliyinin sədri qeyd edib ki, Türk Dünyası Platforması bu yaxınlarda Türkiyədə yaşayan erməni din xadimi Aram Ateşyana "Türk Dünyasınınn Dostu" mükafatını verib. Telman Qasımov bildirib ki, Arem Ateşyan Türkiyədə qondarma erməni soyqırımına qarşı çıxan ermənilərdən biridir və onun bu istiqamətdəki fəaliyyəti Ermənistanda və xaricdəki erməni diasporu tərəfindən ciddi şəkildə tənqid olunur. Ateşyanın Qarabağ məsələsində Azərbaycanın leyhinə verdiyi bəyanatlar səbəbindən Ermənistanda "xain" elan edilib. Arem Ateşyanın hazırda İstanbul erməni patriarxı olmağa əsas namizədlərdən biri hesab olunur və Türk Dünyası Platforması onun namizədliyinə dəstək verdiyini bəyan edib.

Tətbiqimizi yükləyə bilərsiniz