
Silahlıların Suriyanın Hmeymim aerodromunu minaatanlardan atəşə tutması nəticəsində iki rusiyalı hərbçi həlak olub.
“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Müdafiə Nazirliyindən deyiblər. Bildirilir ki, terrorçuların mobil diversiya qrupu dekabrın 31-də Rusiyanın Hmeymim bazasınaminaatanlardan atəş açıb. Nazirlik atəş nəticəsində Rusiyanın 7 təyyarəsinin məhv edildiyinə dair yayılmış xəbərləri təkzib edib.
Tətbiqimizi yükləyə bilərsiniz