Rusiya mətbuatı: "Xamaneyi ailəsini Türkiyəyə göndərib" - İDDİA

Rusiya mətbuatında İranın ali dini lideri ayətullah Əli Xamaneyinin öz ailəsini Türkiyəyə göndərməsi ilə bağlı məlumatlar yayılıb.

"Yeniavaz.com" xəbər verir ki, rus dilində yayımlanan "Middle East Journal" saytı iddia edib ki, aksiyaların başa çatmadığını görən Əli Xamaneyinin təhlükəsizlik məqsədi ilə bu addımı atıb. Mövzu ilə bağlı sosial şəbəkələrdə də paylaşımlar edilib, ancaq hələ ki, nə Türkiyə, nə də İran tərəfi bu iddialara yönəlik hər hansı açıqlama verməyib.

Qeyd edək ki, İranda etiraz aksiyaları dekabrın 28-də başlayıb. Səbəb ölkədəki bahalaşmadır.

Aksiyalarla bağlı günlər sonra açıqlama verən Əli Xamaneyi bunun xarici qüvvələrin işi olduğunu bildirmişdi. İran Prezidenti Həsən Ruhani isə aksiyaların qısa müddət ərzində yekunlaşacağını iddia etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top