
Sumqayıtda yataqxanada yanğın baş verib. “Yeniavaz.com” FHN-in saytına istinadən (Fövqəladə Hallar Nazirliyi) istinadən xəbər verir ki, beşmərtəbəli yataqxana binasının pilləkən qəfəsində taxtadan ibarət dolab 2 kv.m sahədə yanıb.
Yanğın zamanı mənzillərdən 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Tətbiqimizi yükləyə bilərsiniz