
Dubayda fotoşəkillər üçün nəhəng çərçivə formasında qurğu istifadəyə verilib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, 150 metr hündürlüyündə iki qüllə uzunluğu 93 metr olan şüşə körpü vasitəsilə birləşdirilib. “Çərçivənin” zirvəsində baxış meydançası var. 2013-cü ildə başlayan layihənin ümumi dəyəri 43,6 milyon dollardır. Qurğu “Zabeel Park” ərazisindədir və formasına görə foto və ya rəsm üçün çərçivəni xatırladır. Panorama lifti ziyarətçiləri yuxarı daşıyır, oradan isə şəhərə mənzərə açılır.
Tətbiqimizi yükləyə bilərsiniz