
Ekvatorial Qvineya hakimiyyəti dövlət çevrilişinə cəhdin qarşısını alıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, silahlanmış 31 nəfər saxlanılıb. Prezident Teodor Obianq Nqema Mbasosoqaya qarşı dövlət çevilişinə cəhd ötən il dekabrın 27-dən 28-nə keçən gecə baş verib. Kamerunun cənubunda 31 muzdlu silahları ilə birlikdə saxlanılıb. Onların çoxu Çad və Mərkəzi Afrikadan gəlmələrdir. Muzdlular Ekvatorial Qvineyanın sərhədini keçərək üsyanı dəstəkləməyi planlaşdırıblar.
Tətbiqimizi yükləyə bilərsiniz