
1979-cu ilədək İranı idarə edən Şah Rza Pəhləvinin ailəsi günlərdir İranda davam edən və bir neçə şəhərə yayılan etiraz aksiyalarını dəstəkləyib. "Yeniavaz.com"un "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, Şah ailəsi "Twitter"dən dəstək açıqlamaları verir. İranda İslam inqilabı olmasaydı hazırda taxtda oturacaq olan vəliəhd şahzadə Rza Pəhləvi etirazlar başlayandan bəri onlarla dəstək "tvit"i yayımlayıb. Xatırladaq ki, etirazçılar 1979-cu ildə İslam inqilabı ilə devrilən Məhəmməd Rza Pəhləvinin ABŞ-da yaşayan oğlu Rzanın İrana qayıtması və monarxiyanın bərpa olunmasına dair şüarlar səsləndiriblər. İranda dekabrın 29-da Məşhəddə korrupsiya, işsizlik və qiymətl bahalığına qarşı başlayan nümayişlər ölkənin 29 şəhərini bürüyüb.
Tətbiqimizi yükləyə bilərsiniz