Trampdan Pakistana: Bəsdir!

ABŞ Pakistana maliyyə yardımı göndərsə də, İslamabad terrorçuluqla mübarizədə kömək etməyib və Əfqanıstandan olan silahlıları gizlədib, daha bu olmayacaq.

“Yeniavaz.com”un RİA Novosti-ya istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində yazıb. O bildirib ki, ABŞ Pakistana son 15 ildə 33 milyard dollardan çox vəsaiti mənasız olaraq göndərib:

“Onlar fikirləşirdilər ki, bizim liderlərimiz axmaqdırlar və buna görə də bizə yalnız yalan və fırıldaqçılıqla cavab verirdilər. Onlar Əfqanıstanda dalınca düşdüyümüz terrorçulara sığınacaq verirlər və demək olar bizə kömək göstərmirlər. Bəsdir!”

DİGƏR XƏBƏRLƏR

Top