BMT-nun Baş katibi dövlət başçılarına çağırış edib VİDEO

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş dünya ölkələri və vətəndaşlarını yeni il - 2018-ci il münasibətilə təbrik edib. Bu barədə Yeniavaz.com-a BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə təmsilçisi Rəşad Hüseynov məlumat verib. Məlumatda qeyd olunur ki, baş katib bəşəriyyətin üzləşdiyi ciddi problemlərlə bağlı həyəcan təbili çalaraq, onları aradan qaldırmaq üçün bütün dünyanı birləşməyə çağırıb.

BMT-nin Baş katibinin müraciətini təqdim edirik:

“Bütün dünyada yaşayan əziz dostlar, Yeni iliniz mübarək!

Keçən il bu vəzifəni qəbul edəndə, 2017-ci ilin sülh ili olması üçün çağırış etdim. Təəssüflər olsun ki, hadisələr tamamilə əks istiqamətdə cərəyan etdi. Artıq 2018-ci ilin Yeni İl günündə, mən çağırış etmirəm, dünyamızı xilas etmək üçün həyəcan təbili, ciddi həyəcan təbili çalıram.

Münaqişələr dərinləşib və yeni təhlükələr peyda olub. Nüvə silahları ilə bağlı narahatlıqlar soyuq müharibə dövründən sonra ən yüksək həddə çatıb. İqlim dəyişikliyi bizdən daha çevik hərəkət edir. Bərabərsizlikər artır. İnsan haqlarının dəhşətli pozuntusuna şahidlik edirik. Milliyətçilik və ksenofobiya artmaqdadır. 2018-ci ilə qədəm qoyduğumuz bir vaxtda mən hamınızı birliyə çağırıram. Mən həqiqətən inanıram ki, dünyanı daha əminaman və təhlükəsiz etməyə qadirik.

Münaqişələri həll edə, nifrətə üstün gələ, ortaq dəyərlərimizə sahib çıxa bilərik. Lakin buna yalnız birlikdə nail ola bilərik.

Mən bütün dövlət başçılarını Yeni İl qərarını verməyə çağırıram:

Boşluqları aradan qaldırın. Fikir ayrılıqlarına son qoyun. İnsanları ortaq dəyərlər ətrafında birləşdirərək, etimadı bərpa edin. Çıxış yolumuz məhz birlikdədir. Gələcəyimiz bundan asılıdır.

Sizə 2018-ci ildə sülh və sağlamlıq arzulayıram.

Sağ olun!”

bmt

DİGƏR XƏBƏRLƏR

Top