
Azərbaycanda itlərüçün gözəllik salonlarında heyvanlarını gözəlləşdirmək istəyənlərin növbələri yaranıb. Heyvan sahibləri istəyirlər ki, ev heyvanları yeni ilə yaxşı əhval-ruhiyyədə girsinlər. Salonlara daha çox itlərinin saçını rənglətməyə gəlirlər. Bundan başqa salonda heyvanlar üçün müxtəlif bəzək əşyaları və geyimlər də təqdim olunur.
Salon sahibi Nailə Əliyevanın sözlərinə görə, salona aktual rənglərdən ibarət yeni kolleksiya gətirilib. Qarşıdakı bir neçə gün ərzində isə bütün yerlər dolub.
Salon işçilərinin sözlərinə görə, ən çox müraciətlər Şi tsu cins itləri ilə bağlıdır. Məsələn, Didi ləqəbli it üçün sahibəsi sadə saç düzümü seçmişdi. Obrazı saç sancağı tamamlayırdı. Saç düzümünü hazırlamaq 15 dəqiqə çəkdi. Virtualaz.org
itler
Tətbiqimizi yükləyə bilərsiniz