Salyanda baş verən yol qəzasında 2 nəfər yaralanıb

Salyanda 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində biri qadın olmaqla iki nəfər yaralanıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onların adları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. Report

DİGƏR XƏBƏRLƏR

Top