
Terrorçuların Qahirənin ətrafındakı Mar-Mina qibti kilsəsinə hücum etməsi nəticəsində 9 nəfər həlak olub, daha 5 nəfər isə yaralanıb. "Yeniavaz.com"un TASS-a istinadən verdiyi məlumata görə, ölənlərdən səkkizi xristiandır. İki terrorçu motosikletdə gələrək kilsənin yaxınlığındakı mağazanı gülləbaran etdikdən sonra dükanın sahibini öldürüb. Ardından onlar kilsəyə gələnlərə və polis əməkdaşlarına atəş açmağa başlayıblar. Yaraqlılardan biri cavab atəşi ilə öldürülüb. Mağazaya gizlənən digər terrorçu yaralı vəziyyətdə ələ keçirilib.
Tətbiqimizi yükləyə bilərsiniz