
Rusiya və Türkiyə S-400 zenit-raket komplekslərinin tədarükləri üzrə kredit sazişi imzalayıb. "Yeniavaz.com"un "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, imzalanma mərasimi Ankarada baş tutub. Sazişə əsasən, ilk tədarük 2020-ci ilin martında həyata keçiriləcək. Əvvəlcə 2 raket sistemi ilə 4 ədəd raket diviziyası satın alınacaq. Ödəniş dollarla deyil, rublla həyata keçiriləcək. Türkiyənin hava hücumundan müdafiə sistemləri üçün Rusiyaya 2,5 milyard dollar ödəməsi gözlənilir. Bununla da Türkiyə Rusiyadan S-400 raket sistemini alan ilk NATO ölkəsi oldu.
Tətbiqimizi yükləyə bilərsiniz