İndoneziyada zibilliyə görə fövqəladə vəziyyət elan edildi

İndoneziyanın Bali adasında dənizdən sahilə çıxan zibillərə görə fövqəladə vəziyyət elan edilib.

"Yeniavaz.com"un "Rosbalt" agentliyinə istinadən verdiyi məlumata görə, İndoneziya sahilyanı zonalarda zibillərin çoxluğu üzrə dövlətlərin reytinqində Çindən sonra ikinci yeri tutur. Ekspertlərin hesablamalarına görə, ölkədə hər il 1,29 milyon ton tullantı istehsal olunur. Adətən hər il mövsümi mussonlardan sonra irimiqyaslı çirklənmə baş verir. Həmin zaman külək zibilləri sahillərə gətirir. Alimlərin proqnozlarına əsasən, 2025-ci ilədək zibillərin sayı 70 faiz arta bilər.

DİGƏR XƏBƏRLƏR

Top