ABŞ Türkiyəyə raket satacaq

ABŞ-ın silah istehsalçı şirkəti "Raytheon" 10 ölkəyə AMRAAM "hava-hava" raketlərinin satışı üçün 634 milyon dollar dəyərində saziş imzalayıb.

"Yeniavaz.com"un "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, bu ölkələr arasında Türkiyə də var. ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, raketləri alacaq digər ölkələr Yaponiya, Cənubi Koreya, İspaniya, Mərakeş, Qətər, Polşa, Bəhreyn, Rumıniya və İndoneziyadır. AMRAAM AIM-120 qırıcı təyyarələrdən buraxılan yeni nəsil orta mənzilli "hava-hava" sistemli raketlərdir. 1980-ci illərin sonundan bəri istehsal olunan AMRAAM ABŞ-ın arsenalındakı ən ölümcül "hava-hava" raketidir.

DİGƏR XƏBƏRLƏR

Top