
Türkiyə paytxatı Ankarada keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu İŞİD qruplaşmasına üzv olmaqda şübhəli bilinən 29 nəfər tutulub.
Onların arasında xarici ölkə vətəndaşları da var.
Əməliyyat dekabrın 29-da səhər saatlarında keçirilib. Ankara Prokurorluğu İŞİD-lə əlaqədar 49 nəfərin tutulması barədə sanksiya verib. Onlardan 29-u saxlanılıb.
İstanbul şəhərində keçirilən antiterror əməliyyatı nəticəsində isə İŞİD üzvü olmaqda şübhıli bilinən 46 nəfər tutulub. Onların 43-ü xarici ölkə vətəndaşıdır. Report
Tətbiqimizi yükləyə bilərsiniz