İsmayıllıda yol qəzası nəticəsində polis zabiti xəsarət alıb

İsmayıllıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 92-ci kilometliyində qeydə alınıb.

Gecə saatlarında yolun sərt döngəsində idarəetmədən çıxan “Niva” markalı maşın yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan 1989-cu il təvəllüdlü polis əməkdaşı Səfərli Ayxan Valeh oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Ayxan Səfərli Şəki rayon Polis şöbəsində əməliyyatçı vəzifəsində xidmət edir.

Faktla bağlı araşdırma aparılır. Report

DİGƏR XƏBƏRLƏR

Top