İtaliya prezidenti ölkə parlamentini buraxıb

İtaliya prezidenti Serco Mattarella milli parlamentin buraxılması haqqında fərman imzalayıb.

Bu barədə prezident administrasiyasından məlumat verilib. Verilən məlumatda bildirilib ki, ölkə başçısı parlamentin buraxılması haqqında fərmanı dekabrın 27-də imzalayıb.

Qeyd edək ki, parlamentin buraxılmasından sonra, qanunverici orqanın səlahiyyət müddətinin bitməsilə əlaqədar növbəti parlament seçkiləri keçiriləcək. Seçkilərin tarixi cümə axşamı Nazirlər Şurasının iclasında təyin olunacaq. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top