Rusiyada benzinin qiyməti bahalaşıb

2017-ci il dekabrın 18-dən 24-dək Rusiyada benzinin qiyməti 10 qəpik bahalaşaraq 1 litr üçün 39,11 rubl təşkil edib. "Yeniavaz.com"un "Kommersant" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Statistika Komitəsinin məlumatında deyilir. Bu dövr ərzində dizel yanacağının qiyməti isə 23 qəpik artaraq 40,49 rubl olub. Bununla da ilin əvvəlindən benzinin qiyməti 7,2 faiz, dizel yanacağının qiyməti isə 9,9 faiz bahalaşıb.

DİGƏR XƏBƏRLƏR

Top